Azərbaycanda daha bir ağır qəza: İki nəfər öldü
Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza zamanı 2 nəfərin öldüyü bir neçə nəfərin isə yaralandığı bildirilir.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Vito” markalı, B 017 KN 134 dövlət nömrə nişanlı avtomobil anidən idarəetməni itirərək aşıb. Nəticədə Rusiya vətəndaşı olan azərbaycanlılar hadisə yerində ölüb. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

