Azərbaycanda dövlət əmlakları üzrə icarə haqları və minimum tariflər artırılır
Gələn il Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 16 milyon manatı və yaxud 0,1%-i dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar hesabına təmin ediləcək.
Minval.info-nun xəbərinə görə, bu məsələ “2022-ci il icmal büdcə zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, bu, bu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 45,5% çoxdur.
Kəskin artıma səbəb gələn il dövlət əmlakları üzrə icarə haqlarının, eləcə də minimum tariflərin artırılmasıdır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

