Azərbaycanda fəhlələri daşıyan mikroavtobus yanaraq külə döndü – VİDEO
Cəlilabadda mikroavtobus yanıb.
Minval.info report-a istinadən xəbər verir ki, hadisə Əliqasımlı kəndində baş verib. Mikroavtobusda 10-a yaxın fəhlə olub.
Biləsuvar rayonuna məxsus daşıyan mikroavtobus anidən alovlanmağa başlayıb. Fəhlələr avtobusdan təxliyyə edilib, alov isə daha da güclənib. Yanğın yerli sakinlər tərəfindən söndürülüb.
İlkin məlumata görə, hadisə zamanı 1 nəfər qoxudan huşunu itirib. Ona hadisə yerində ilkin yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

