Azərbaycanda faciə: 8 aylıq qız öldü
Sabirabadda azyaşlı beşikdən yıxılaraq ölüb.
Trend xəbər verir ki, hadisə rayonun Poladtuğay kəndində baş verib.
Kənd sakini Şahin Məmmədovun qızı, 2018-ci il təvəllüdlü Məmmədova Sədəf Şahin qızı yaşadığı evdə beşikdən yıxılıb.
Uşaq hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

