Azərbaycanda general işdən çıxarıldı? – RƏSMİ AÇIQLAMA
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov vəzifəsindən azad edilib.
Ədliyyə general-mayoru Hüseyn Əlixanov tutuduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib.
Məsələ ilə bağlı unikal.org-a açıqlamasında Hüseyn Əlixanov işdən getməsini təsdiqləyib: “Mən işləmirəm artıq, təqaüdə çıxmışam. Hələki yerimə təyinat yoxdur.”
Lakin Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov virtualaz.org-a bildirib ki, bu məlumat həqiqəti əks etdirmir.
Onun sözlərinə görə, general-mayor Hüseyn Əlixanov hazırda məzuniyyətdədir.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

