Azərbaycanda güclü zəlzələ baş verdi

Azərbaycanın cənub bölgəsində zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Minval.İnfo-ya verilən məlumata görə, yerli vaxtla saat 21:11-də Lənkəran stansiyasından 10 km qərbdə Lənkəran ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 3,7 bal, dərinliyi isə 16 km olub.
Yeraltı təkanlar episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

