Azərbaycanda iki qardaş bıçaqlandı:Biri öldü

Ağstafada dəhşətli qətl hadisəsi baş verib.
Minval.info xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb.
Kənddə fəaliyyət göstərən kafelərin birində düşən mübahisə zamanı 2 qardaş – Zeynalov Yaşar Əmirxan oğlu və 1971-ci il təvəllüdlü Zeynalov Müşfiq Əmirxan oğlu bıçaqlanıb. Qardaşlardan biri – ürək nahiyəsindən bıçaq xəsarətləri alan Yaşar Zeynalov hadisə yerində dünyasını dəyişib. Müşfiq Zeynalov isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb.
Hadisəni törətməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Məmmədov Sabir Hüseyndik oğludur.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

