Azərbaycanda iki yeni dövlət qoruğu yaradılacaq – RƏSMİ
Azərbaycanda iki yeni dövlət qoruğu yaradılacaq.
Minval.info-nun Trend.az-a istinadən verdiyi məlumatna görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
O bildirib ki, Palçıq Vulkanları Dövlət Təbiət Qoruğunun bazasında geoloji park yaradılacaq.
Həmin parkda təsərrüfat fəaliyyəti mümkün olacaq:
“Parka turistlərin gediş gəlişinə şərait yaradılacaq”.
Nazir müavini deyib ki, həmçinin Almaniya Ətraf Mühit Fondunun dəstəyi ilə Zaqatala Dövlət Qoruğunun bazasında Balakən-Zaqatala Biosfer Rezervatı yaradılacaq. Bu rezervat qoruqdan aşağı, milli parkdan yuxarı statusa malik olacaq:
“Qurumun ümumilikdə ərazisi Zaqatala və Balakən rayonlarının yüksək dağ massivlərinin əhatə edəcək”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

