Azərbaycanda internet probleminin səbəbi nədir? – CAVAB
Səhər saatlarından ölkə ərazisində internetlə bağlı ciddi problemlər yaranıb.
Minval.info xəbər verir ki, Bakının bir neçə rayonunda internet olmayıb və mobil trafikdə də problemlər yaşanıb. İnternet vasitəsilə işləyən bir çox servis qurumunda, taksi sifarişlərində ciddi ləngimələr baş verib.
Provayderlər heç bir açıqlama verməsələr də, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz internetin itməsinin səbəbini belə izah edib:
“Bakıda “AzerTelecom”dan internet alan bir neçə provayder var. Problemlər məhz orada baş verib. Yaranmış problem qısa müddət ərzində həll olunub. Məhz bu səbəbdən Bakıda bir neçə rayonda internet olmayıb”.
Qeyd edək ki, 2016-ci ildə “Delta Telecom”un kabellərinin yanması nəticəsində Bakıda internet iflic olmuşdu. Hər kəs oxşar bir hadisənin baş verəcəyindən qorxsa da, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internetin ötürülməsinin bərpa edildiyini bildirib.
Xatırladaq ki, keçən həftə Mavritaniya da 2 gün internetsiz qalmışdı. Buna səbəb isə həmin ərazidə internet təmin edən sualtı kabellərin qəsdlə kəsilməsi olub.
Dəniz

