Azərbaycanda işdən qovulan şöbə müdiri direktorun otağına qumbara atdı
Minval.info // Sumqayıtda müdir işçi münaqişəsi davaya səbəb olub.
Demokrat.az saytı yazır ki, adı çəkilən şəhərdə yerləşən “Azkompozit” MMC şirkətinin direktoru Rəsul Baxşəliyevin kabinetinə gələn həmin idarənin təsərrüfat işləri üzrə müdiri vəzifəsində işləmiş Şirin Aslanov ondan əvvəlki işinə bərpa etməyi tələb edib. Olayın 3 gün öncə baş verdiyi bildirilir.
Direktordan “yox” cavabı alan Ş.Aslanovun onu döydüyü söylənilir.
İddiaya görə, daha sonra Ş.Aslanov özü ilə gətirdiyi qumbaranın qoruyucusunu çıxararaq direktorun otağına ataraq partlatmağa çalışıb. Amma qumbarada olan texniki nasazlıqdan partlayış baş verməyib.
Hadisə yerinə gələn polislər tərəfindən Ş.Aslanovun saxlanıldığı bildirilir.
Onun barəsində Sumqayıt Şəhər Prokurorluğunda cinayət işinin açıldığı qeyd edilir.
Minval.info

