Azərbaycanda jurnalistin avtomobili qarət olundu – FOTO
Kimlərsə jurnalist İlham Məmmədzadəni hədəfə alıb.
“Minval.info” xəbər verir ki, bu barədə jurnalist özü “Facebook” profilində yazıb.
Onun sözlərinə görə, ötən gecə Sumqayıtda 36-cı məhəllədə avtomobili qarət olunub.
“Sumqayıt şəhəri kriminal hadisələri ilə yenə öndədir. Naməlum şəxs və ya şəxslər avtomobilin sol-qabaq hissəsinin şüşəsini sındıraraq qarət edib. Təqribən 10 gün öncə də qonşu məhəllədən bir dostumuzun avtomobilini oğurlamışdılar”, – deyə jurnalist yazıb.
DİN-dən bildirilib ki, hadisə artıq araşdırılır.


XƏBƏR LENTİ
2025/11/19 14:22


