Azərbaycanda karantin qaydaları bu ardıcıllıqla ləğv oluna bilər

Məlum olduğu kimi koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycanda 24 mart 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edildi. Lakin daha sonra bu müddət may ayının 4-nə kimi uzadıldı.

Hazırda ölkədə əhali 4 may tarixinə karantin rejimindən çıxmağa hazırlaşır. Ola bilər ki, bu müddət uzadılsın, amma ölkədə hər gün açıqlanan statistikaya əsasən artıq bir neçə gün ardıcıl olaraq koronavirusa yoluxanların sayı müailəcə olunaraq evə buraxılanların sayından azdır. Bu da onu deməyə imkan verir ki, may ayının 4-ü karantin rejiminin yumşaldılması prosesinin həyata keçirilməsi mümkündür.

Sosioloq Əhməd Qəşəmoğlunun “MediaPost”a verdiyi məlumata görə, ölkədə karantindən çıxma ardıcıllığı elə karantinə daxil olma ardıcıllığı kimi olacaq: “Karantin rejimi başlamamışdan öncə kütləvi tədbirlər təxirə salındı. Daha sonra təhsil müəssisələri bağlandı. Ondan sonra isə yaşı 65-dən yuxarı olan vətəndaşların çölə çıxmasına qadağa qoyuldu. Hesab edirəm ki, may ayının 4-də ilk növbədə heç kimin çölə çıxmaması qadağası aradan qaldırılacaq. Daha sonra yaşı 65 dən yuxarı olan vətəndaşların çölə çıxmasına icazə veriləcək. Çox güman ki, bu periodda ictimai iaşə obyektlərin də işləməsinə icazə verilsin. Lakin hesab edirəm ki, təhsil müəssisələri işlərini bir qədər gec bərpa edə bilər. Həmçinin kütləvi tədbirlərin keçirilməsi də yaxın müddətə bərpa olunmayacaq”.

Qeyd edək ki, may ayının 4-də karantin rejiminin yumşaldılması və ya uzadılması ilə bağlı qərar hökumət tərəfindən veriləcək. Rəsmilərin verdiyi məlumata görə, hələ ki, ölkəmizdə pandemiya ilə bağlı təcrid məsələləri müzakirə edilir və veriləcək qərarın bu virusun ölkəmizdə hansı məcrada inkişaf edəcəyindən asılı olacaq.

Gündəm

Nəşr edilib: 2020/04/24 16:06

Baxış: 480


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06