Azərbaycanda kişi öz maşınını küçədə yandırdı – Polisdən açıqlama – ANBAAN VİDEO
Sabirabad rayonunda bir nəfər şəxs öz avtomobilini küçədə yandırıb.
Hadisə ötən gün baş verib.
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətindən bildirildi ki, fevralın 20-də Sabirabad rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan şəxsin avtomobilini yandırması ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı bildirib ki, şəxsin avtomobilini yandırmasına səbəb digər taksi sürücülərinin onun fəaliyyətinə maneəçilik törətməsidir.
Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

