Azərbaycanda kişi qohumları tərəfindən döyüldü – xəstəxanalıq oldu
Cəlilabadda döyülmə hadisəsi baş verib.
Minval.info“Report”a istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.
Şəhər sakini, 1976-ci il təvəllüdlü Ağaməliyev Alxas Məhəmmədəli oğlu qohumları tərəfindən döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

