Azərbaycanda KİV-lərin sayı açıqlandı

Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-lərin sayı açıqlanıb.
Azvision.az -ın məlumatına görə, Ədliyyə Nazirliyinin bu gün keçirilən geniş kollegiya iclasında bildirilib ki, ölkəmizdə KİV-lərin sayı 5250-yə çatıb.
Qeyd olunub ki, vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan və nazirlik tərəfindən dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının ölkədə ümumi sayı 4350-dir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

