Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir? – AÇIQLAMA

“Omikron” ştamının yeni altnövü EG.5-in dünyada yayılması təşviş yaradıb. Səhiyyə Nazirliyi COVID-19-un “Omikron” ştamının yeni altnövü EG.5-in əvvəlki digər altnövlərdən daha yüksək səviyyəli yoluxuculuğu ilə fərqləndiyini bildirib. Nazirlik rəsmisi Təyyar Eyvazov növbəti dalğalar olarsa, əhalinin daha diqqətli olmasının gərəkdiyini deyib.

Son günlər isə əhali arasında günlərlə davam edən hərarət, şiddətli boğaz ağrısı, öskürəklə bağlı şikayətlər çoxalıb. Bunun yeni virus olması ehtimal olunur. Bu, yeni ştamın əlamətləri ola bilərmi? Əgər bizdə də EG.5 aşkarlanarsa, bunu tez bir zamanda araşdıracaq laboratoriyalar mövcuddurmu? Ümumiyyətlə, neçə müddətə virusun olub-olmaması aşkarlanır?

Yeri gəlmişkən, EG.5 mutasiyasının öskürək, burun axması, boğaz ağrısı, qızdırma, şiddətli yorğunluq kimi klassik əlamətləri var.

Mövzu ilə bağlı infeksionist-hepatoloq Mərdan Əliyev Musavat.com-a açıqlamasında bildirib ki, bizdə bu hallar koronovirusla əlaqəli deyil:

cd35dd40-1675-3e40-93be-78931f3ed6d6.jpg (118 KB)

“Son günlər insanlarda əsasən angina əlamətləri, kəskin faringit müşahidə edilir. Bu, soyuq içkilərin, qidaların qəbul edilməsi ilə bağlıdır. Daha çox bakterial infeksiyalardır. Təbii ki, koronovirus da var. Amma buna çox rast gəlinmir. Həm koronovirus, həm də digər kəskin respirator virus infeksiyaları sporadik (ara-bir) şəkildə rast gəlinir. Ona görə də koronovirusla bağlı narahatlıq Azərbaycanda hələ ki yoxdur. Bizə də insanlar müraciət edirlər. Amma onların analiz nəticələrində bu virus təsdiq olunmur. Daha çox boğaz ağrısı, öskürəklə müşahidə edilir. Bəzi hallarda qızdırma hallarına rast gəlinir.

O ki qaldı, virusun aşkarlanmasına, Azərbaycanda bunu dəqiqləşdirmək üçün analiz verilir. Əgər orada koronovirus olarsa, o zaman onun genotipini dəqiqləşdirmək üçün əlavə analizə ehtiyac var. Bizdə Bakıda bəzi xəstəxanalarda belə laboratoriyalar var. Sadəcə reaktiv qoyulur, ona uyğun müayinə olunur. Bir-iki gün ərzində də cavab hazır olur”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, hazırda Azərbaycanda COVID-19-un yeni ştamlarının aşkarlanması faktı təsdiqlənməyib.

Səhiyyə, Vacib

Nəşr edilib: 2023/08/29 11:51

Baxış:17


XƏBƏR LENTİ

2024/05/18 12:16

2024/05/17 13:58

2024/05/14 16:02

2023/08/29 11:51

2024/05/07 16:08

2024/05/07 16:05

2024/05/04 14:37

2024/05/04 14:34

2024/05/03 17:15

2024/05/03 11:02

2024/05/02 17:16

2024/05/01 17:48

2024/04/29 12:39

2024/04/29 12:37

2024/04/26 14:39

2024/04/24 11:54

2024/04/19 14:24

2024/04/19 14:22

2024/04/19 14:13

2024/04/19 12:45

2024/04/19 12:42

2024/04/19 12:40

2024/04/19 12:39

2024/04/19 12:25

2024/04/19 12:18

2024/04/19 12:13

2024/04/19 12:10

2024/04/19 12:09

2024/04/19 12:08

2024/04/13 12:09

2024/04/10 14:45

2024/04/10 14:39

2024/04/09 17:34

2024/04/06 13:30

2024/04/06 13:28

2024/04/05 14:27

2024/04/05 13:50

2024/04/02 10:59

2024/04/02 10:50

2024/04/01 11:23

2024/03/30 10:52

2024/03/29 13:46

2024/03/27 10:03

2024/03/26 18:05

2024/03/26 17:41

2024/03/26 13:27

2024/03/26 11:26

2024/03/26 11:15

2024/03/20 15:30

2024/03/19 15:50