Azərbaycanda məhkumlar ailələri ilə videogörüntü vasitəsilə danışa biləcək

Penitensiar xidmət müəssisələrinin fəaliyyətinin müasirləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha səmərəli təmin olunması məqsədilə müasir İKT-ni tətbiq etməklə məhkumlarla videogörüş imkanı təşkil ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda bildirilib.
Proqramda qeyd olunub ki, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların səmərəli icrası məqsədilə elektron nəzarət vasitələrinin tətbiqinin təkmilləşdirilməsi üçün tədbirlər görüləcək.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

