Azərbaycanda modul tipli xəstəxanalar bağlandı
Sosial şəbəkədə ötən gündən etibarən Bakının Zığ qəsəbəsində yerləşən FHN-in modul tipli xəstəxanasının fəaliyyətini dayandırması ilə bağlı məlumat yayılıb. Həmçinin paytaxtda COVID-19 pandemiyası ilə əlaqədar açılan digər modul tipli xəstəxanaların da bağlandığı bildirilir.
Məsələ ilə əlaqədar TƏBİB-lə əlaqə saxladıq. Qurumun Mətbuat xidmətindən “Qafqazinfo”ya koronavirusa yoluxma sayında azalmanın olması səbəbindən bəzi modul tipli xəstəxanaların fəaliyyətini dayandırdığı təsdiqləndi:
TƏBİB-dən, həmçinin bildirilib ki, bölgələrdə və Bakıda COVID-19-la mübarizəyə cəlb edilmiş bəzi xəstəxanalarda ənənəvi xidmət bərpa edilib.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqlamasına görə, ötən gün Azərbaycanda 3 nəfər koronavirusdan vəfat edib, 48 nəfər yoluxub. Ümumilikdə aktiv xəstə sayı 308 nəfərdir.


