Azərbaycanda müğənni yol qəzasında öldü – FOTO
Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Minval.info xəbər verir ki, bu barədə Report məlumat yayıb.
Hadisə bu gün günorta saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Qum kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ-21015” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin – 1980-ci il təvəllüdlü Mehriban Natiq qızı Mustafayeva hadisə yerində ölüb.
Sürücü, 1979-cu il təvəllüdlü Polad Mahmud oğlu Məmmədov və digər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, mərhum M.Mustafayeva uzun illərdir şimal-qərb bölgəsində müğənni kimi fəaliyyət göstərirdi.
Faktla bağlı araşdırma aparılır.







XƏBƏR LENTİ
2025/11/19 14:22

