Azərbaycanda oğul atasını döyə-döyə öldürdü
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Minval.info-ya verilən məlumata görə, martın 30-da saat 2 radələrində Cəlilabad rayonunun Göytəpə şəhərində əvvəllər məhkum olunmuş O.Dadaşov yaşadığı evdə münaqişə zəminində atası Feyzullanı döyərək qətlə yetirib.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində O.Dadaşov saxlanılıb. Ondan narkotik vasitə olan heroin götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22


