Azərbaycanda özəl baytarlıq xidməti fəaliyyətə başlayır

Bu ilin sentyabrın 1-dən Azərbaycanın 6 şəhər və rayonunda (Şəki, Zaqatala, Qax, Balakən, Oğuz və Qəbələdə) 95 baytarlıq məntəqəsi özəl fəaliyyətlə xidmətə başlayacaq.
Minval.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev deyib.
Onun sözlərinə görə, 1 oktyabr tarixinədək 546 məntəqəni əhatə edən daha 43 rayonda bu proses gedəcək: “Daha sonra isə 157 məntəqəni əhatə edən 13 rayon əhatə olunacaq. Beləliklə, 1 noyabr tarixindən ölkədə özəl baytarlıq tam olaraq fəaliyyətə başlayacaq”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

