Azərbaycanda polis polkovniki vəfat etdi
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini polis polkovniki Şükür Mehdiyev vəfat edib.
MİNVAL-ın “Report”a istinadən məlumatına görə, Ş.Mehdiyev müalicə aldığı Gəncə Beynəlxalq Xəstəxanasında dünyasını dəyişib.
DİN-in mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Xatırladaq ki, Ş.Mehdiyev DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə 2015-ci ildə təyin edilmişdi. O, əvvəllər Şəmkir Rayon Polis İdarəsinin rəisi işləyib.
XƏBƏR LENTİ
2025/11/19 14:22


