Azərbaycanda qardaş bacısını bıçaqlayıb
Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.
Belə ki, 1966-cı il təvəllüdlü Qurbanova Məlahət Bəybala qızı qardaşı tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
XƏBƏR LENTİ
2025/11/19 14:22


