Azərbaycanda qonşular arasında qanlı dava – Cinayət işi açıldı

Şəki şəhərində bıçaqlanma hadisəsi baş verib.
Minval.info xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1970-ci il təvəllüdlü Murad Xeyrullah oğlu Səmədov şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı qonşusu Səlahəddin İsmayılov tərəfindən bıçaqlanıb. Kəsilmiş-deşilmiş bıçaq xəsarətləri alan 51 yaşlı M.Səmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən 1966-cı il təvəllüdlü İsmayılov Səlahəddin Yusif oğlu saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

