Azərbaycanda qorxunc hadisə – AVTOMATLA GÜLLƏLƏDİ – FOTO
Daxili İşlər Nazirliyi Tərtərdə baş vermiş güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb.
“Minval.info” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 1-də Bərdə rayonunun Seyidyusifli kəndi ərazisində Tərtər rayon sakini F.İsmayılov münaqişə zəminində odlu silahdan açdığı atəşlə həmyerlisi E.Nəcəfovun bud nahiyələrinə xəsarət yetirdikdən sonra könüllü olaraq Tərtər RPŞ-yə gəlib.
Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zamanı cinayətdə istifadə edilmiş “AKS” markalı silah, 1 ədəd patron darağı və 37 ədəd patron aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

