Azərbaycanda səfərdə olan Bolqarıstan rəsmiləri Ağdama səfər edib
Ombudsman Səbinə Əliyeva və Bolqarıstanın Ayrı-seçkiliyə qarşı Müdafiə Komissiyasının sədri Ana Cumaliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib.
“Minval.info” xəbər verir ki, bu barədə “Report”a Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, səfərin məqsədi uzun illər Ermənistanın işğal altında saxladığı bu ərazidəki mövcud vəziyyətlə yerində tanış olmaq, işğal dövründə minalanmış ərazilərə baxış keçirməkdir.

XƏBƏR LENTİ
2025/11/19 14:22

