Azərbaycanda sərnişin mikroavtobusu qəzaya düşdü – Xəsarət alanlar var
Yevlax rayonunda sərnişin mikroavtobusu yük maşını ilə toqquşub.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 99-JE-959 dövlıət qeydiyyat nişanlı, “Mercedes” markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq 21-BD-889 dövlət qeydiyyat nişanlı “KamAZ” markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir. Onlardan ikisinin vəziyyətinin yüngül olduğundan hadisə yerində ilkin tibbi yardım göstərilib. Digər bir nəfər sərnişin, Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Həsən Cavid oğlu Ağazadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

