Azərbaycanda sərxoş halda zorlamaların sayı açıqlandı

Bakıda küçədə yaşlı qadına qarşı İYRƏNC HƏRƏKƏTAzərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlərin statistikası barədə rəqəmlər ildən-ilə dəyişir.

Oxu.Az Dövlət Statistik Komitəsinin göstəricilərinə istinadən xəbər verir ki, Azərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlərin sayı ən çox 1997-ci ildə qeydə alınıb.

Belə ki, bu ildə sərxoş halda 1445 cinayət törədilib. 1993-cü ildə bu rəqəm 1087, 1994-cü ildə 1200, 1995-ci ildə isə 1341 olub.

Sərxoş halda baş verən hüquq pozmaları ən az 2003-cü ildə qeydə alınıb – 466 fakt.

2015-ci ildə sərxoş halda 572 cinayətə “imza atılıb” ki, bunun da 105-i ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir.

1997-ci ildə ən yüksək rəqəm qeydə alınıb, onlardan 487-si ağır və xüsusilə ağır cinayət hesab olunub.

2016-cı ildə sərxoş halda 486 cinayət halı qeydə alınıb, bunun 93-ü ağır və xüsusilə ağır cinayətdir.

Statistik göstəricilərdə ən son tarix 2017-ci il göstərilib. 2017-ci ildə sərxoş vəziyyətdə 459 cinayət törədilib ki, bunun da 92-si ağır və xüsusilə ağır cinayətdir.

Sərxoş vəziyyətdə zorlama ilə bağlı ən böyük rəqəm 1994-cü ildə qeydə alınıb (20 belə hal). Ən kiçik rəqəm isə 2008, 2009 və 2013-cü illərə aiddir – müvafiq olaraq hər ildə cəmi iki hal.

2015-ci ildə isə bu rəqəm beş, 2016-cı ildə üç, 2017-ci ildə isə yeddiyə çatıb.

Ölkə

Nəşr edilib: 2019/08/10 17:57

Baxış: 168


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06