Azərbaycanda sabiq müdir müavini intihar edib
Qusar şəhərində intihar hadisəsi baş verib.
“Report”un məlumatına görə, 1956-cı il təvəllüdlü yerli sakin Mahmud Əlipoladov özünü həyətindəki yardımçı tikilidə asıb.
M.Əlipoladovun 3 uşaq atası olduğu bildirilir. O, əvvəllər Qusar Meşə Təsərrüfatı İdarəsinin müdir müavini olub.
Publika.az yazır ki, o, 6 ay öncə bu vəzifədə çalışıb. İntihar edən şəxs həmin vaxt öz ərizəsi ilə işdən çıxıb və bunu səhhətindəki problemlərlə əlaqələndirib.
M.Əlipoladov daha əvvəl də bir dəfə intihara cəhd edibmiş.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

