Azərbaycanda su anbarında faciə: Balıqçılar yoxa çıxıb

Qazaxda Ağstafaçay su anbarında 2 balıqçı yoxa çıxıb.
Minval.İnfo FHN-nin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 10 mart 2018-ci il tarixində saat 23:00 radələrində 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun və 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlunun balıq tutmaq istəyərkən Ağstafaçay su anbarında batdığı ehtimal olunur. Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunmuşdur. Əlavə məlumat veriləcək.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

