Azərbaycanda tələbə qız özünü asdı

Bu gün günorta saatlarında Salyan şəhərində intihar hadisəsi baş verib.
Virtualaz.org-un məlumatına görə, Salyan şəhəri, 28 May küçəsində yerləşən 5 mərtəbəli binadakı mənzillərindən birində yaşayan 21 yaşlı Vəfa Ramazan qızı Bəşirova özünü asaraq intihar edib.
V.Bəşirovanın Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi olduğu deyilir.
Hələlik intiharın hansı səbəbdən baş verdiyi bilinmir.
Qeyd edək ki, Vəfa Bəşirova və bacısı atalarını hələ uşaq ikən-xəstəlikdən itiriblər.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

