Azərbaycanda torpaq uçqunu baş verdi: ölən və yaralanan var
Qazax rayonunda torpaq uçqunu baş verib.
Minval.info report-a istinadən xəbər verir ki, hadisə Qarapapaq kəndində qeydə alınıb.
Belə ki, kanalizasiya sisteminin yenilənməsi işləri aparılarkən torpaq uçqunu olub. Nəticədə bir nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb. Yaralı – 1970-ci il təvəllüdlü Məmmədov Niftalı Həsən oğlu xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

