Azərbaycanda uşaq bağçası yandı

Cəlilabadda uşaq bağçasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Minval.info-ya verilən məlumata görə, rayonun Kazımabad kəndində ümumi sahəsi 150 m² olan uşaq bağçasının yerləşdiyi birmərtəbəli binanın yanar konstruksiyaları və dam örtüyü 28 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

