Azərbaycanda uşaq bağçasında yanğın baş verib
Lənkəran rayonunda yanğın hadisəsi baş verib.
Minval.info saytı FHN-in saytına istinadən xəbər verir ki, rayonun Vel kəndində uşaq bağçasının yerləşdiyi, ümumi sahəsi 160 m2 olan binanın tez alışabilən konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın bölmələri tərəfindən təhlükənin qarşısı alınıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

