Azərbaycanda vəzifəli şəxs iş otağında qətlə yetirildi

Goranboyda qətl hadisəsi baş verib.
Minval.info APA-ya istinadla xəbər verir ki, hadisə Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında baş verib.
Mərkəzin direktoru, 1958-ci il təvəllüdlü Əhmədov Ziyad Ələs oğlu iş otağında bıçaqlanaraq qətlə yetirilib.
Hadisəni törədən şəxs saxlanılıb.
Onun kimliyi dəqiqləşdirilir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

