Azərbaycanda yay transfer pəncərəsi bağlanıb

Azərbaycan klublarına 2021/2022 mövsümünün yay dövründə futbolçu transferlərini həyata keçirmək üçün verilən müddət başa çatıb.
“MİNVAL.İNFO”un məlumatına görə, iyunun 10-da açıq elan edilən “transfer pəncərəsi” sentyabrın 1-i saat 00:00-da bağlanıb.
Klublar bundan sonra yalnız azad agent statusu daşıyan oyunçuları heyətlərinə qata biləcəklər.
Qeyd edək ki, Premyer Liqa klubları yay transfer pəncərəsində 60 futbolçu keçidi gerçəkləşdiriblər.
XƏBƏR LENTİ
2025/11/19 14:22

