Azərbaycanda yolçəkən fəhlə faciəli şəkildə öldü
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçisi Ağdamda faciəli şəkildə ölüb.
Minval.info APA-ya istinadən xəbər verir ki, hadisə Ağdamın Yüzbaşılı kəndində baş verib.
Yol tikintisində işləyən Goranboy rayonunun Zeyvə kənd sakini, 1969-cu il təvəllüdlü Məmmədov Dadaş Cahiyyəddin oğlu “Shacman” markalı yük maşınının altında qalıb.
Hadisənin sürücünün ehtiyatsızlığından baş verdiyi bildirilir.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

