Azərbaycanda yüksək səviyyəli futbol akademiyası tikiləcək -Fotolar
AFFA-nın XXVI konfransı keçirilib.
Minval.info xəbər verir ki, bu gün “Hilton” oteldə futbol federasiyasının sayca 26-cı hesabat konfransı baş tutub.
Konfransda qurum rəsmiləri, Gənclər və İdman naziri Azad Rəhimov və UEFA nümayəndəsi çıxış edib.
Mühasibat, hüquq, infrastruktur məsələləri haqda ictimaiyyətə məlumat verilib.
Tədbirdə dünyaca məhşur portuqaliyalı futbolçu Deku Avroliqanın kubokunu təqdim edib.
Konfransdan dərhal sonra İcraiyyə Komitəsinin iclası baş tutub, ardınca isə AFFA-nı Baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlama verib.
Qurum rəsmisi bildirib ki, İK Tovuzda yüksək səviyyəli futbol akademiyasının inşa etdirilməsinə qərar verilib.
Jurnalistərin suallarını cavablandıran Məmmədov komitənin qərarı ilə İslam Abbasov vəzifəsindən kənarlaşdırılıb, eyni zamanda qeyd edib ki, 1-ci Divizion mübarizə aparan “Kəpəz” FK-nın Müşahidə Şurasında dəyişikliklər ola bilər.
Ağa Dadaşzadə








