Azərbaycandan Belarusa gedənlər üçün karantin tətbiq edilməyəcək
Belarus Səhiyyə Nazirliyi Azərbaycanı sakinləri Belarusa gəldikdən sonra karantindən keçməli olan dövlətlər siyahısından çıxarıb.
“Report” BELNAVINY-yə istinadən xəbər verir ki, karantindən “azad olunanlar” sırasında, həmçinin Tanzaniya, Şri-Lanka, Monqolustan və Fici yer alıb.
Buna qədər adıçəkilən ölkələrin vətəndaşları Belarusa gəldikdən sonra iki həftə özlərini təcrid etmək məcburiyyətində qalırdı.
XƏBƏR LENTİ
2025/11/19 14:22

