Azərbaycanın daha bir güləşçisi Avropa çempionu oldu

Sərbəst güləş üzrə Azərbaycan milli komandası Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında çıxışını yekunlaşdırıb.
92 kq çəki dərəcəsində mübarizə aparan Şərif Şərifov final görüşünə çıxıb. O, həlledici qarşılaşmada polşalı Zbiqniyev Baranovskini 9:1 yenərək, karyerasında ilk dəfə Avropa çempionu olub.
Qeyd edək ki, Şərif Şərifovun daha əvvəl Olimpiya və dünya çempionluğu var.
Saypulla Absaidovun rəhbərlik etdiyi yığmamız qitə birinciliyində 3 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olub.
Belə ki, yarışın üçüncü günündə 3 pəhləvanımız medal qarşılaşmasına çıxıb. Onlardan Hacımurad Hacıyev (74 kq) 3-cü yer uğrunda rusiyalı Timur Bijoyevlə üz-üzə gəlib. Görüş rəqibin 6:4 hesablı qələbəsi ilə yekunlaşıb. (oxu.az)
XƏBƏR LENTİ
2025/11/19 14:22

