Azərbaycanın dövlət sərhədindən saxta sənədlərlə keçməyə cəhd edən dörd əcnəbi saxlanılıb

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması sahəsində tədbirləri uğurla davam etdirir.

DSX-nin mətbuat mərkəzindən minval.info-ya bildiriblər ki, Xidmətin əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində son günlər dörd əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək, iki nəfər Azərbaycan Respublikası vətəndaşının isə ölkə ərazisinə qaçaqmal keçirmək cəhdinin qarşısı alınıb.

Belə ki, iyulun 19-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-İstanbul reysi ilə uçmaq istəyən 1982-ci il təvəllüdlü Pakistan vətəndaşı İqbal Mudassarın təqdim etdiyi pasportda saxtalaşdırma əlamətləri aşkarlanıb, laboratoriya şəraitində dərinləşdirilmiş yoxlama zamanı Yunanıstana məxsus daimi yaşayış vizasının saxta olması təsdiqlənib.

İyulun 20-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Frankfurt reysi ilə uçmaq istəyən 3 İraq vətəndaşı – 1978-ci il təvəllüdlü Aldohuky Şervan Başir Yousif, 2002-ci il təvəllüdlü AIdohuky Sahand Şervan Başir, 2009-cu il təvəllüdlü Aldohuky Mohammed Şervan Başirin pasportlarına vurulmuş Almaniyaya məxsus Şengen vizalarının saxta olmasına şübhə yaranıb. Dərinləşdirilmiş yoxlama zamanı vizanın həqiqətən də saxtalaşdırılması təsdiqini tapıb.

İyulun 21-də “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində İrandan gələn Azərbaycan vətəndaşı Salyan rayon sakini 1966-cı il təvəllüdlü Hüseynov Elçin Rzalı oğlunun əl yükünə baxış zamanı psixotrop dərman olan 100 həb “Tamol”, 20 həb “Astrodol” aşkarlanıb.

İyulun 22-də “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində Gürcüstandan gələn Azərbaycan vətəndaşı Qazax rayon sakini 1994-cü il təvəllüdlü İsmayılov Sərxan Əlövsət oğlunun idarə etdiyi “Mercedes” markalı 35-BL-414 dövlət nömrə nişanlı minik avtomobilinə baxış zamanı avtomobilin yanacaq çənində gizlədilmiş şəkildə ümumi sayı 36 min 402 ədəd olan 53 qutu “Superblitz” və 60 qutu “Petards” pirotexniki vasitə aşkarlanıb.

Faktlar üzrə müvafiq tədbirlər həyata keçirilir.

Ölkə

Nəşr edilib: 2018/07/24 13:24

Baxış: 157


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06