Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılır – RƏSMİ
“Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvlərinin təxliyə olunması həyata keçirilir”.
Musavat.com xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
O qeyd edib ki, Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılır:
“Hazırda təxliyə üçün prosedur aparılır. Səfirliyin fəaliyyətinin nə zaman bərpa olunacağı bilinmir. Bu, birdəfəlik bağlanma demək deyil”.
Musavat.com
XƏBƏR LENTİ
2025/11/19 14:22

