Azərbaycanın ən çox səs-küy yaradan layihəsi olan “Kəllə-Kəlləyə” yenidən start götürür.

Minval.info xəbər verir ki, yerli reperlər üçün “döyüş” səhnəsi olan yarış rep sevərlərini bir araya toplayacaq. 2018-ci ildən fəaliyyət göstərən “Kəllə-Kələyə” ölkəmizdə hip-hop və “Battle” mədəniyyətlərini yüksək şəkildə təmsil edən ən populyar layihədir.
Yarışın məqsədi hip-hop kütləsinin axtardığı kontenti onlara maksimum şəkildə təqdim etmək və bu mədəniyyətin ölkəmizdə yayılmasına xidmət etməkdir.
4 “battle”-ı əhatə edəcək növbəti yarışda 8 sənətçi öz qabiliyyətlərini nümayiş etdirib mübarizə aparacaq.
“EPI vs F’RHYME” və “BEKH! vs XƏZAN” “battle”-ları isə klassik formatda, 2 raund akapella və sonuncu raund beat üzərində səsləndiriləcək.
“YAP10 vs NOTON” və “AINTNOLIE vs DADASH” “battle”-ları “Dəqiqənin hökmü” çərçivəsində keçiriləcək. Yəni hər 3 raund “beat” üzərində səsləndiriləcək.
Nərminə Aydınqızı

