Azərbaycanın Xalq artisti evində ölü tapıldı – FOTO
Azərbaycanın Xalq artisti evində ölü tapılıb.
“Minval.info”nun xəbərinə görə, Zərnigar Ağakişiyevanın cəsədi Bakıda yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanıb. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının cəsədini aşkar edib.
Z.Ağakişiyevanın cəsədi aidiyyəti üzrə təhvil verilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

