“Azərbaycanla Türkiyə arasında hərbi sahə də daxil olmaqla, bütün sahələrdə əməkdaşlıq olduqca vacibdir”– İlham Rəhimov- MÜSAHİBƏ – FOTO

“Yaxın müddətdə ermənilərlə əvvəlki kimi bərabər, eyni ortamda yaşamağın mümkünlüyünü real görmürəm”

“Mən yaxın müddətdə ermənilərlə əvvəlki kimi bərabər, eyni ortamda yaşamağın mümkünlüyünü real görmürəm. Ermənilər indiyədək türklərlə olan problemi unutmayıblar. Bir əsrdən çox keçib, neçə nəsil dəyişib, amma yaddaşlarından silinməyib. Proseslər də göstərdi ki, bu da onlara ancaq ziyan vurub. Biz qələbə qazanmış ölkəyik. Əgər onlar bizim şərtlərimizlə razılaşsalar, bəli, bu, mümkündür. Qarabağda yaşamaq istəyirlərsə, yaşasınlar, bizim onlarla işimiz yoxdur, Sovet dönəmində necə yaşayırdılarsa, indi də gəlsinlər, elə yaşasınlar, qurtardı getdi. Ermənistanla da əlaqə saxlaya bilərlər, gedib, gəlsinlər. Amma onlar artıq bilməlidirlər ki, Azərbaycan vətəndaşlarıdırlar. O zaman biz yaddan çıxara bilərik. Bu cür olmasa, biz də yaddan çıxara bilmərik. Həmişə bizim üçün problem olacaq. Əgər onlar bizim şərtləri qəbul edərək desələr ki, bəli, Azərbaycanın bayrağını, Azərbaycanın dövlətini, Azərbaycan hakimiyyətini qəbul edirik, burada bu şərtlər altında yaşamağa razıyıq, o zaman problem yoxdur. Təki bu şərtləri qəbul etsinlər”. 

Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov News24.az-a müsahibə verib. Onunla istər siyasi, istər hüquqi, istər elmi mövzuda həmsöhbət olmaq çox maraqlıdır. Bu səbəbdən də, onu nadir müsahib adlandırıram. Müsahibə üçün yaranan bu fürsəti də hərtərəfli dəyərləndirməyə çalışdım.

Bütün dünyanın diqqətinin yönəldiyi Putinlə Bayden görüşündən tutmuş, Qarabağdakı sülhməramlılardan, Ərdoğanın tarixi Şuşa səfərindən, Rusiyadakı Azərbaycan diasporunun fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyindən, Putinlə dostluğunun kimsənin bilmədiyi məqamlara qədər bir çox məsələlərdən danışdıq.

Professor İlham Rəhimovla müsahibənin 1-ci hissəsini təqdim edirik.

– İlham müəllim, Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Cozef Bayden arasında, nəhayət  ötən həftə Cenevrədə dünyanın diqqətlə izlədiyi görüş baş tutdu. Beynəlxalq KİV-in yaydığı məlumatlarda iki böyük dövlətin başçıları arasında keçirilən bu görüşdə Rusiya-ABŞ münasibətlərindəki kəskin ziddiyyətlərin aradan qaldırılması istiqamətində nəticə əldə olunmadığı bildirilir.  Xeyli gərgin keçən üç saat yarımlıq danışıqlardan sonra tərəflərin yalnız “bəzi kiçik məsələlərdə” anlaşma əldə etdikləri söylənilir. Bu barədə sizin fikirlərinizi bilmək maraqlı olardı.

– Hazırda siyasətçilər bu görüşlə bağlı müxtəlif fikirlər səsləndirirlər. Amma məncə, bu görüşü şərh edərkən, siyasətçilər də, jurnalistlər də əsas diqqəti həm də Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Cozef Bayden arasındakı şəxsi münasibətlərə yönəltməlidirlər. Ziddiyyətlər həm ABŞ – Rusiya münasibətləri, həm də hər iki ölkənin dövlət başçılarının şəxsi münasibətlərindən irəli gəlir. Əlbəttə, bu münasibətlərin tarixi daha əvvəllərdən qaynaqlanır. Bilirsiniz ki, Baydenlə Putinin illər əvvəl birincinin hələ ABŞ vitse-prezident olduğu dövrdə görüşü olub və mən belə düşünürəm, məhz bu görüş sonradan onların arasında hansısa soyuq münasibətlərin yaranmasına səbəb olub və Bayden prezident olan dövrdə özünü biruzə verib.

– Bayden bir neçə ay öncə “ABC News”a verdiyi müsahibəsində jurnalistin Putini qatil hesab edib-etməməsi ilə bağlı sualına belə cavab vermişdi: “Hmm… Hesab edirəm. Putinlə uzun-uzun danışmışıq. O, ABŞ prezident seçkilərinə müdaxilə etdiyi üçün cavab verəcək”.  Lakin ABŞ prezidenti bu günlərdə Brüsseldə NATO sammitindən sonrakı mətbuat konfransında çıxışında  Rusiya liderini “layiqli rəqib”, ağıllı və sərt bir siyasətçi” adlandırdı… 

– Hər şey Baydenin həmin müsahibəsindən başladı. O, həmin müsahibəsində jurnalistin Putini qatil hesab etməsi ilə bağlı sualını təsdiqləyərək müsbət cavablandırdı. Amma Putin Baydenə cavab vermədi. Özlərini ağıllı siyasətçi hesab edənlər, siyasətdən yazan jurnalistlər Putinin Baydenin bu çıxışına soyuqqanlı münasibətini onun zəifliyi kmi göstərməyə və onun bu məsələdə özünü zəif göstərdiyi barədə mülahizələr yürütməyə başladılar. Amma mən o insanı tanıdığımdan dəqiq bilirdim ki, nə vaxtsa mütləq Baydenə cavab verəcək. Belə bir məşhur deyimi xatırlatmaq istəyirəm: “Hər şeyin zamana ehtiyacı var”. Təbii ki, Putin o zamanı və şəraiti gözləyirdi. Görünür, Bayden özü olmasa da, məsləhətçiləri Putin tərəfindən ona cavab veriləcəyini bilirdilər.

Fikir verdinizsə, Putinin mətbuat konfransında aydın oldu ki,  Bayden ona zəng edib və həmin məsələ ilə bağlı müəyyən açıqlamalar verib. Nə deyib, biz bundan xəbərsizik. Amma həmin konfransda Putin bu məsələylə bağlı Baydenin ona zəng etdiyini xatırlatdı: “Baydenin telefon danışığı zamanı söylədikləri məni qane etdi”. Bayden bəlkə də jurnalistlərin onu tələyə saldığını deyərək üzr istəyib, ya da Putinin ünvanına uyğun olmayan sözlər işlətdiyini etiraf edib. Dediklərim, sadəcə, təxminlərdir. Amma hər halda, Putin Baydenin cavabını onu qane etdiyini bildirdi.
Bir məqamı da qeyd edim, Bayden Putini “qatil” adlandırdıqdan sonra Rusiya prezidenti ona birbaşa dialoqa girməyi təklif etdi. Bayden isə bu təklifdən yayındı. Ümumiyyətlə, bu proseslər zamanı Putinlə Baydeni müqayisə etmək imkanı yarandı. Aydın oldu ki, dialoqda, jurnalistlərlə ünsiyyətdə, kim daha üstündür. Brüsseldəki görüşdən əvvələ nəzər salsaq, görərik ki, Putin Amerikanın ən məşhur telejurnalistlərinin istənilən təxribat xarakterli sualını cavablandırdı və heç bir sualdan yayınmadı. Bayden isə Rusiyadan olan heç bir jurnalistə müsahibə vermədi. Halbuki, bununla bağlı ona çoxsaylı müraciətlər var idi. Putinin istənilən suala cavabı var və çox hazırcavabdır. Onun bütün fəaliyyəti dövründə biz bunun şahidiyik.

O ki qaldı görüşün baş tutmasına, bu görüşü Bayden təklif etdi. Mən əminəm ki, əgər Bayden görüşməyi istəyini deməsəydi, Putin heç zaman ona görüşməyi təklif etməzdi. Həmişə görüşə təşəbbüs göstərən tərəf problemi köklü şəkildə açıb ortaya qoyur. Nəyə görə biz görüşə gəlmişik?! Bu artıq Bayden tərəfindən ortaya qoyulmalı idi. Prinsip etibarı ilə bu görüşdə qlobal məsələlər müzakirə olunmalı idi. Bütün dünya gözləyirdi ki, iki lider görüşüb nəyisə həll edəcəklər. Suriya, Liviya, Ukrayna, Qafqaz və digər məsələlərin müzakirə olunacağı, hansısa qərarlar qəbul ediləcəyi gözlənilirdi. Amma bunların heç biri olmadı. Faktiki olaraq elə məsələlər müzakirə olundu ki, o mövzularda onsuz da onların fikirləri eynidir. Məsələn, İranın nüvə silahıyla bağlı müzakirələr oldu. Bu məsələdə Rusiya və ABŞ-ın mövqeyi eynidir. Yaxud, Əfqanıstan məsələsini müzakirə etdilər. Bu məsələdə də tərəflərin arasında böyük bir problem yoxdur. Yalnız bir məsələdə fərqli mövqe oldu, Putin bildirdi ki, hələlik Amerika ordusunu Əfqanıstandan çıxarmaq tezdir.

– Çox maraqlı bir məqama toxundunuz. Niyə Putin Amerika ordusunun Əfqanıstandan çıxarılmasının niyə tez olduğunu düşünür? Sizcə, bunun səbəbi nədir?  

– Putin bilir ki, müəyyən hadisələri çıxmaq şərti ilə Amerika ordusu orda olduqca Əfqanıstanda sabitlik var.

– Hansı təhlükə yarana bilər ki…

– Çünki Əfqanıstanla sərhəddə Rusiyanın bazaları var. Mən belə başa düşürəm. Yəni, deməyim odur ki, bu məsələdə də prezidentlər arasında böyük narazılıq olmadı.

Görünən odur ki, Baydenlə Putinin təkbətək görüşündə onlar “müharibədən uzaq duraq” kimi ortaq fikirlər səsləndiriblər. Həmin görüşdə yeganə real və konkret məsələ – səfirlərin ölkəyə qayıtması məsələsinin müzakirəsi oldu. Bu da onu göstərir ki, iki ölkənin sıfır səviyyəsində olan münasibətlərində irəliləyiş var. Yəni, artıq yol açılır. Bunun özü çox müsbət nəticədir. Bir də o maraqlıdır ki, Bayden mətbuat konfransında Putin haqqında dediyi sözlərdən imtina etdi. Ona sual verdilər ki, “siz Putini “qatil” adlandırmışdınız, yenə də bu fikirdəsinizmi?”. Bayden isə bu sualdan qaçdı. Əksinə, bildirdi ki, Putin çox güclü və ağıllı rəqibdir. Bu o deməkdir ki, iki dövlət başçısı arasında artıq müəyyən qədər yaxınlaşma yarandı və məncə, bu yaxınlaşma gələcəkdə davam edəcək.

– Sammitdən əvvəl Baydenlə Putinin Qarabağ mövzusunu da müzakirə edəcəkləri haqda xəbərlər yayılmışdı. Lakin belə müzakirələrin olduğu barədə heç bir məlumat verilmədi, prezidentlər də keçirdikləri mətbuat konfransında bu barədə danışmadılar…

– Mənim fikrimcə, bu mövzuda danışılmamasının səbəbi Azərbaycan və Ermənistan arasında olan müharibədən sonra Qarabağla bağlı mövcud situasiyanın  Amerika tərəfindən də qəbul edilməsidir. Narazılıq və ya narahatlıq doğuracaq bir durum olsaydı, təbii ki, bu mövzunu müzakirə edərdilər. Amerika başa düşür ki, bu istiqamətdə əsas söz sahibi Rusiyadır. Lakin, regionda öz maraqlarını da qorumağa çalışır. Hazırda isə ABŞ-ı narazı salan hər hansı ciddi bir səbəb yoxdur.

– Türkiyə Prezidenti Ərdoğanın Baydenlə görüşdən sonra Brüsseldən birbaşa Azərbaycana uçması xeyli maraqla qarşılandı. Bəzi ekspertlərin fikrincə, bu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini yalnız Azərbaycan Ordusunun deyil, həm də NATO-nun ikinci ən güclü ordusu olan Türk Silahlı Qüvvələrinin qoruyacağından xəbər verir…

– NATO-nun Zirvə toplantısından əvvəl bu qurumda təmsil olunan əsas ölkələrin liderləri ayrıca yığışıb müzakirələr aparırlar. Sonra isə daha geniş tərkibdə toplaşıb qəbul olunan qərarları hər kəsə təqdim edirlər. Brüsseldəki görüşdən əvvəl də  NATO-nun “7-lər”i toplandı. Lakin, Ərdoğanın Azərbaycana səfərini NATO-nun zirvə toplantısı ilə əlaqələndirmək düzgün deyil. Bildiyimiz kimi, dövlət başçılarının səfərləri aylar əvvəl hazırlanır.

– İlham müəllim, Türkiyə NATO üzvü olmasına rəğmən, Avropa Birliyinə üzv olmaq üçün neçə ildir gözləmə məqamındadır. 

– Bəli, Türkiyə neçə ildir Avropa Birliyinə qəbul olmaq istəyir, amma imkan vermirlər. Təkcə ona görə yox ki, Türkiyə müsəlman ölkəsidir. Həm də burada iqtisadi məsələlər də var. Türkiyə çox güclü kənd təsərrüfatı ölkəsidir. Qəbul olunacağı təqdirdə, Türkiyənin bütün kənd təsərrüfatı məhsulları Avropada olacaq. Onlar da bunu qəbul eləmirlər. Bu iki məqam Türkiyənin Aİ-yə qəbulunda əsas maneədir. Həm də NATO üzvləri arasında da problemlər var. Özləri də çox məsələlərdə yekdil fikrə gəlmirlər.

Məsələn, Türkiyə və Yunanıstan arasında soyuqluq yarandı. Yaxud, Amerikayla bizim qardaş dövlət Türkiyəni götürək. Aralarında problem var. Bu problem də S-400-lərlə bağlıdır. Brüssel görüşündə də bu problemlə bağlı razılığa gələ bilmədilər. Ərdoğan dedi ki, mən öz fikrimdə qalıram. Amerika xeyli vaxtdır Türkiyədən tələb edirdi ki, S-400-ləri almasın, çünki NATO-nun üzvüdür. Ərdoğan da sözünün üstündə dayandı. Ümumiyyətlə, Türkiyə son vaxtlar istənilən məsələdə özünü çox müstəqil və sərbəst aparır. Bu, Amerikanın da, Avropa ölkələrinin də xoşuna gəlmir. Yəni Avropanın Türkiyəni kənarda saxlamasının səbəblərindən biri də budur. Ancaq məcburiyyət qarşısında qalıb Türkiyəni NATO-da saxlayırlar. Türkiyəyə NATO-dan “çıx” deyə bilmirlər, orda saxlamağa məcbur olsalar da, Türkiyənin özünü müstəqil aparmasını və gücünü həzm edə bilmirlər. Problem bundadır. Çoxları deyir ki, Baydenlə Ərdoğan görüşdü, arada olan soyuq münasibət aradan qalxdı, məsələlərin hamısı həll olundu. Xeyr, belə deyil, məsələlər bütünlüklə həll olunmayıb. Onların görüşündə əsas müzakirə predmeti S-400-lər idi. Bu məsələdə də  razılığa gələ bilmədilər. Hərə öz fikrində qaldı.

Bir neçə il əvvəl bir hadisəni xatırladım. O zaman bir dövlətdə qonaq idim. Həmin dövlətin adını çəkməyəcəm. Oranın ikinci adamı mənimlə görüşmək istədiyini bildirdi və bu görüş oldu. Həmin görüşdə mən ona dedim ki, Rusiyanın Avropaya qaz kəməri Türkiyədən keçdi, amma Rusiya kəmərin sizin ölkənizdən keçməsini istəyərdi. Əgər o kəmər sizin ərazinizdən keçsəydi, ildə 500 milyon avro pul alacaqdınız.  Kasıb da ölkəsiniz. Dövlətin ikinci adamı mənə nə desə, yaxşıdır? Dedi ki, okeanın o tayında olan ölkə qoymadı. Dediyim kimi, orada bilirsiniz nə qədər belə ölkələr var?! Özünü bir az sərbəst aparan Almaniyadır, “Şimal axını-2”- də ayağını dirədi, dedi xeyr, kəmər çəkiləcək, Amerika da razılaşdı. Qalan ölkələr hamısı okeanın o tayından nə deyilirsə, ona qulaq asırlar, NATO budur! Ona görə deyirəm ki, Türkiyənin müstəqilliyi, sərbəstliyi, gücünə arxayın olmağı onun dünyada nüfuzunu qaldırır. Bu, NATO-nun digər ölkələrinin xoşuna gəlməsə də, hər halda bunu görürlər, qiymət verirlər. Türkiyə NATO-nun üzvüdür, o NATO-ya daha çox lazımdır, nəinki NATO Türkiyəyə.

 – Azərbaycanda Türkiyə hərbi bazasının yaradılmasıyla bağlı fikirlər səslənir. Sizcə, bu nə dərəcədə realdır? Bu halda Rusiyanın Azərbaycana münasibəti necə olacaq?

– Ümumiyyətlə, mən hansısa dövlətin Azərbaycanda hərbi bazasının olmasının əleyhinəyəm. Amma Türkiyənin Azərbaycanda bazasının olması o zaman real ola bilər ki, Türkiyə NATO-nun üzvü olmasın. Türkiyənin Qarabağda hərbi bazasının olması NATO-nun bazasının olması deməkdir. Təsəvvür edirsiniz, bu nə deməkdir? Rusiya ilə sərhəd olan dövlətdə NATO-nun bazası olsun. Əgər Türkiyə NATO-nun üzvü olmasa, Azərbaycan razılıq versə, təbii ki, bu mümkündür. Amma hazırkı məqamda mən bunu real görmürəm, həm də bir az təhlükəlidir.
Təsəvvür edin, Ukraynada NATO-nun hərbi bazası yoxdur, bu ölkə hələ NATO-ya qəbul edilməyib. Amma ruslar Ukraynanın sərhəddinə qoşun yeritmişdi. Hər an müharibə başlaya bilərdi.

Lakin, Azərbaycanla Türkiyə arasında hərbi sahədə daxil olmaqla, bütün sahələrdə əməkdaşlıq olduqca vacibdir. Son zamanlar bu istiqamətdə atılan addımlar çox təqdirəlayiqdir. Eyni zamanda Azərbaycanın  Rusiya ilə münasibətlərə də önəm verməsi bizim xarici siyasətin uğurudur.

– Rusiya sülhməramlılarının Qarabağ bölgəsində uzun müddət qalmaq perspektivini azaltmağın bir yolu varmı?

– Rəsmi sənədə görə, Rusiya silahlı qüvvəlıri 5 il müddətinə bölgəyə yerləşdirilib. Sənədə görə, müddət başa çatandan sonra onların mandatının uzadılması üçün hər iki ölkənin razılığı olmalıdır. Düşünürəm ki, gələcəkdə iki xalq arasında münasibətlər normalaşaçağı təqdirdə sülhməramlılara ehtiyac olmayacaq. Bunun üçün çalışmaq lazımdır. Qarabağda yaşayan ermənilər sonda anlamalıdırlar ki, onların normal yaşayışları üçün Azərbaycanın yurisdiksiyasını qəbul etməkdən başqa yolları yoxdur.

– Siz azərbaycanlılarla ermənilərin illər əvvəl olduğu kimi bərabər yaşaya biləcəklərinə inanırsınızmı? Belə anlaşılır ki, hələ uzun illər Rusiya sülhməramlıları Qarabağ bölgəsində olacaqlar…

– Mən yaxın müddətdə ermənilərlə əvvəlki kimi bərabər, eyni ortamda yaşamağın mümkünlüyünü real görmürəm. Ermənilər indiyədək türklərlə olan problemi unutmayıblar. Bir əsrdən çox keçib, neçə nəsil dəyişib, amma yaddaşlarından silinməyib. Proseslər də göstərdi ki, bu da onlara  ancaq ziyan vurub.

– Bəs, biz necə unuda bilərik…

– Biz qələbə qazanmış ölkəyik. Əgər onlar bizim şərtlərimizlə razılaşsalar, bəli, bu, mümkündür. Qarabağda yaşamaq istəyirlərsə, yaşasınlar, bizim onlarla işimiz yoxdur, Sovet dönəmində necə yaşayırdılarsa, indi də gəlsinlər, elə yaşasınlar, qurtardı getdi. Ermənistanla da əlaqə saxlaya bilərlər, gedib, gəlsinlər. Amma onlar artıq bilməlidirlər ki, Azərbaycan vətəndaşlarıdırlar. O zaman biz yaddan çıxara bilərik. Bu cür olmasa, biz də yaddan çıxara bilmərik. Həmişə bizim üçün problem olacaq. Əgər onlar bizim şərtləri qəbul edərək desələr ki, bəli, Azərbaycanın bayrağını, Azərbaycanın dövlətini, Azərbaycan hakimiyyətini qəbul edirik, burada bu şərtlər altında yaşamağa razıyıq, o zaman problem yoxdur. Təki bu şərtləri qəbul etsinlər.

– Sizcə, ermənilər bu şərtləri qəbul edəcəklərmi?

– Qəbul edib-etməməyi özləri bilər. Onlar hazırda ayrı fikirlərlə, ideyalarla yaşayırlar. Şuşanı, Hadrutu qaytarmaq istəyirlər. Ermənilər müharibədə məğlub olublar, hələ stressdən çıxmayıblar, yuxudadırlar və bunun necə baş verdiyini belə başa düşmürlər, heç düşünmək də istəmirlər. Onlara ağılları başlarına gəlsin deyə, vaxt lazımdır. Eyni zamanda, ağıllı bir hakimiyyət lazımdır ki, erməni xalqına yavaş-yavaş bunun ayrı yolu olmadığını başa salsın. Bu, çox çəkə bilməz. Artıq bu faktla, reallıqla razılaşmaq lazımdır. Sülhməramlıların bölgədən çıxması üçün ermənilər ağıllanmalıdır.

Müsahibənin II hissəsi sabah, iyunun 23-də yayımlanacaq. Bir çox maraqlı sualların cavabı növbəti hissədə dərc olunacaq.

Müəllif: Ülkər Qasımova
Foto: Hüseyn Həsənov 

Müsahibə

Nəşr edilib: 2021/06/22 12:57

Baxış:26


XƏBƏR LENTİ

2022/12/02 15:46

2022/12/02 15:38

2022/12/02 15:36

2021/06/22 12:57

2022/12/02 12:37

2022/12/02 11:34

2022/12/02 10:55

2022/12/02 10:51

2022/12/02 10:44

2022/12/01 16:49

2022/12/01 15:40

2022/12/01 15:25

2022/12/01 15:24

2022/12/01 15:21

2022/12/01 13:13

2022/12/01 13:07

2022/12/01 13:05

2022/12/01 12:49

2022/12/01 12:48

2022/12/01 12:40

2022/12/01 12:38

2022/12/01 12:09

2022/12/01 12:08

2022/12/01 11:39

2022/12/01 10:47

2022/12/01 10:44

2022/12/01 10:41

2022/12/01 10:39

2022/12/01 10:35

2022/12/01 10:22

2022/12/01 10:16

2022/12/01 10:08

2022/11/30 15:30

2022/11/30 15:04

2022/11/30 14:53

2022/11/30 14:30

2022/11/30 14:15

2022/11/30 13:30

2022/11/30 12:53

2022/11/30 12:49

2022/11/30 12:45

2022/11/30 12:43

2022/11/30 12:41

2022/11/30 12:35

2022/11/30 12:14

2022/11/30 11:48

2022/11/30 11:02

2022/11/30 10:56

2022/11/30 10:50

2022/11/30 10:32

Что происходит в «зоне безответственности»?

Накануне Минобороны Азербайджана сообщило об очередном инциденте — на сей раз на Тертерском направлении. Здесь армянские «зинворы», находясь в состоянии алкогольного опьянения, открыли огонь в направлении азербайджанских позиций близ села Гапанлы. ВС Азербайджана незамедлительно приняли ответные меры, потерь нет. Но тем не менее выводы из этого инцидента следует сделать самые серьезные. Как на Тертерском направлении, в зоне, где временно размещены российские миротворцы, вообще оказались армянские «зинворы»? Согласно трехстороннему заявлению от 10 ноября 2020 года, армянские вооруженные формирования должны быть или выведены с территории Азербайджана, или разоружены. И это еще не все. То, что произошло на Тертерском направлении, официально именуется нарушением режима прекращения огня, а неофициально — «войной по пьяни». Такое на линии соприкосновения происходит не в первый раз. В апреле 2021 года на Кельбаджарском направлении армянские «зинворы», тоже, по официальной версии, перепившись, открыли огонь по постам ГПС Азербайджана и российским пограничникам. Россияне оперативно вышли на связь с Баку и попросили не вмешиваться — они сейчас сами разберутся. Плюс ко всему все чаще СМИ сообщают и солдатах, которые «исчезли» из частей, где служили, и с тех пор о них ни слуху ни духу. Это ценная информация к размышлению о реальном уровне дисциплины и «управляемости» в сегодняшней армянской армии. Более того, в «огрызке» астрономическое количество «стволов» просто гуляет по рукам. Только накануне армянские источники сообщили об инциденте: некий житель Ханкенди 36 лет от роду, имя которого не называется, принялся палить из автомата из окна своей квартиры. Стрелка задержали. Как теперь «объясняют» в Ханкенди, он стрелял «в состоянии психологической нестабильности, поскольку его брат без вести пропал во время 44-дневной войны». Еще раньше в верхушке сепаратистов признавали, что «огрызок» сверх всякой меры перенасыщен оружием, и что здесь участились случаи преступлений, связанных с «огнестрелом». Словом, даже если речь идет о случайном инциденте, очевидно, что назрела необходимость серьёзной зачистки «зоны безответственности» РМК, которая превращается в «тикающую бомбу». Здесь сосредоточено изрядное количество вооружённых людей, которых по сути дела никто не контролирует. Но в реальности все куда серьезнее, Инцидент на тертерском, как и ранее на кельбаджарском направлении, произошел на весьма показательном фоне. Сепаратисты явно активизируются и, скажем так, «проверяют терпение» Баку. Напомним: совсем недавно, как уже рассказывал Minval, «парламент» сепаратистов принял «Закон об оккупированных территориях», где высказаны и претензии на азербайджанские земли, и завуалированные угрозы в адрес компаний, работающих на освобождённых землях. СМИ и ТГ-каналы, связанные с сепаратистами, активно сообщают о строительстве, в том числе в Ходжалы, причем, по заслуживающим доверия данным, новые квартиры предназначаются прежде всего «офицерам карабахской армии». Нельзя не заметить и откровенных военных приготовлений. Minval.az уже рассказывал о развязанной сепаратистами террористической войне против азербайджанских сотовых операторов — совсем недавно в результате очередного «инцидента» ранения получил сотрудник Bakcell, ранее «лесные зинворы» в Ходжавенде напали на служебный автомобиль Azercell. Наконец, под прикрытием российских миротворцев сепаратисты опять копают траншеи и оборудуют позиции! А это не просто «игра в войнушку». Активность сепаратистов оставляет четкое ощущение «дежавю». Похожим образом здесь демонстрировали свою безнаказанность чуть больше года назад — накануне 44-дневной войны. Но тогда в Ханкенди должны слишком хорошо помнить, чем закончились попытки испытывать терпение Азербайджана и проверять «методом тыка», что будет, если пересечь «красные линии». И осознавать, что «железный кулак» на месте. А надежды на «заграница нам поможет» могут не сработать точно так же, как они не сработали в 2020 году. Нурани, обозреватель Minval.az

«Энергетическая карта» Европы — кто и как пытался срывать азербайджанские проекты

Ситуация на энергетическом рынке Европы продолжает оставаться труднопредсказуемой. По мнению экспертов, дело вряд ли дойдёт до повторения «нефтяного кризиса» семидесятых годов, когда из-за дефицита электричества на лондонской Пикадилли гасили огни реклам. Но цены на газ и электричество продолжают бить рекорды, и власти, к примеру, латвийского Даугавпилса уже предупреждают, что после рождественских и новогодних праздников объявят об энергетическом кризисе: цен на газ и электричество местный бюджет просто не выдерживает. О рекордном подорожании электричества объявили в Германии, причем цены на электричество «тянутся вверх» вслед за ценой газа. По последним сообщениям, стоимость «голубого топлива» пошла вниз, но до отбоя тревоги еще слишком далеко. Здесь нужно пояснение. Как уверены эксперты, у масштабного кризиса редко бывает только одна причина. И на сей раз свою роль, без сомнения, сыграли и излишнее, без учета экономических и технологических реалий, увлечение «зеленой энергетикой», и безветренное лето, когда популярные ветрогенераторы просто не выработали ожидаемого количества энергии, и многое другое. Но все же на первый план европейские эксперты выводят именно ответственность России. Более того, на фоне дефицита топлива российский «Газпром» уже четыре дня не заказывает транзит газа по газопроводу Ямал-Европа. По официальной версии, нет заявок. По неофициальной, Москва опять «воспитывает» Европу при помощи газовой трубы, чтобы для начала продавить открытие «Северного потока-2», сохранить за собой статус монополиста и дальше продолжать ту же политику «энергетического давления». Но вот если «копнуть поглубже», то становится понятно: в Европе, возможно, наступает критическая точка «передела сфер влияния» в экспорте газа. Где далеко не на последнем месте — азербайджанский Южный газовый коридор. Более того, уже сегодня по своповой схеме, при посредничестве Ирана, по этому пути пойдут и солидные объемы туркменского газа. У Азербайджана нет ни малейшего намерения мешать газ с политикой, кого-то «выталкивать» с рынка и т.д. Но в том, что наличие нового независимого поставщика делает Европу, по крайней мере страны юга Европы, менее уязвимыми для «газового давления» недавних монополистов, сомнений тоже нет. И тем более понятно другое. Да, сегодня вряд ли можно спрогнозировать с достаточной точностью, сколько дней в Европе будет дуть ветер, сколько — стоять полный штиль, и сколько энергии выработают ветрогенераторы. Но ввод в строй важных трубопроводов планируется и прогнозируется заранее. Выход ЮГК на полную мощность планировался на декабрь 2020 года. И вот насколько на этом фоне можно считать «случайным совпадением», что именно осенью 2020 года Армения начала свою «новую войну за новые территории», которую еще в 2019 году обещал ее тогдашний министр обороны Давид Тоноян? Возможно, одного только совпадения дат для далеко идущих выводов еще недостаточно. Но…на днях увидело свет интервью президента Армении Армена Саркисяна изданию Asia Times. Где он, кроме всего прочего, заявил: «…Поскольку мы победили, я думаю, что у нас было преимущество, чтобы действовать более активно и быстро превратить победу в стабильный мир. И, вероятно, в конце 1990-х - начале 2000-х годов был шанс сделать это, и я объясню Вам, почему. Это было время, когда Азербайджан пытался построить трубопровод от Каспийского моря к европейским рынкам, к Средиземному морю, в Турцию - Баку-Джейхан». Как теперь рассуждает Саркисян, «без трубопровода не было шансов, что Азербайджан когда-либо вернет Карабах, потому что трубопровод был силой, деньгами - деньгами, которые помогли им восстановить свою собственную армию. Кроме того, именно деньги помогли им наладить общественные связи и отношения с другими государствами, включая Европу». Как бы о том, что Армении уже тогда следовало начать вторую войну и перерезать трубопровод, Армен Саркисян прямо не заявляет. Но прозрачно намекает: дескать, «в то время армянская армия была самой мощной в регионе». А чуть более года назад, в октябре 2020 года, в разгар войны, когда армянские ракеты разрывались в сотне метров от трубопровода Баку-Джейхан, тот же Армен Саркисян в другом своем интервью уверял: «Если бы армяне захотели ударить по трубе, то сделали бы это 20 лет назад. Несколько артиллерийских ударов, и ее не существовало бы. Но армяне не пошли на такое, там даже пули не было выстрелено", - добавив, что это, оказывается, армяне позволили Азербайджану построить трубопровод, продавать нефть и газ, зарабатывать миллиарды долларов и на эти деньги закупать оружие. Возможно, это еще не доказательство, что в сентябре 2020 года Армения попыталась «исправить ошибку», оккупировать Барду, Тертер и Гянджу, перерезать нефтепровод Баку-Джейхан и сорвать реализацию Южного газового коридора. Но…уже в октябре 2012 года армянские оккупанты проводят в захваченном на тот момент Карабахе беспрецедентные по своим масштабам военные учения. На оккупированные азербайджанские земли стянуты едва ли не все вооружённые силы Армении (тем более что другие направления надежно прикрывает российская база в Гюмри). И Артак Давтян, тогда начальник оперативного управления Генерального штаба ВС, а сегодня — глава армянского генштаба, прямо заявил журналистам, что в рамках учений были смоделированы ракетные удары по военным и экономическим объектам условного противника. А затем уточнил: «Намеченными нами целями будут военные и экономические объекты, в частности, нефтяные и газовые инфраструктуры – энергоносители, которые влияют на экономику». Проще говоря, в ходе учений уже отрабатывали удары по нефтяной инфраструктуре Азербайджана. А в 2016 году, на фоне апрельских боев, когда уже стало понятно, что провокация проваливается, некий неназванный источник в командовании армянского оккупационного корпуса, который в самой Армении упорно именовали «армией Нагорного Карабаха», озвучивал в беседе с журналистами прямые угрозы: «Предупреждаем, что мы готовы ударить по нефтяным коммуникациям с использованием систем Искандер, Скад-В, Точка-У". Можно, конечно, представить себе, что все эти игры с огнём вблизи трубопроводов были исключительно идеей армянской верхушки. Но…в 2011 году защиту Армении от зловредного «западного альянса», который транспортирует нефть в обход России, отрабатывали в рамках совместных учений ОДКБ под руководством генсека этой организации Николая Бордюжи, известного своими симпатиями к Армении. Можно, конечно, отмахнуться: 10 лет прошло, да и Бордюжа пост генсека давно покинул. Но вот назвать «ереванскими фантазиями» российские военно-транспортные самолеты, которые еще с лета 2020 года доставляли в Армению оружие то под видом «стройматериалов», то — «гуманитарной помощи», уже не получится списать ни на пристрастия Бордюжи, ни на фантазии Саркисяна и Давтяна. И тем более дает пищу для размышлений шпионский скандал в Болгарии, о котором уже рассказывал Minval.az - тогда, напомним, в этой стране были арестованы несколько человек по обвинению в шпионаже в пользу РФ, и им, в числе прочего, поручалось собирать сведения о конфликте в Нагорном Карабахе. Болгария к этому конфликту имеет весьма опосредованное касательство, но в Софии приобретают азербайджанский газ. И вот это точно не больные фантазии ереванской верхушки. Другое дело, что война пошла не по плану. И Азербайджан, вышвырнув оккупантов, еще и обезопасил свои трубопроводы, а в декабре, как и планировалось, запустил свой Южный газовый коридор — один из крупнейших инфраструктурных проектов сегодняшней Европы. Где, как напоминал президент Азербайджана, в тех странах, куда поступает азербайджанский газ, никто не мёрзнет. А вот кого в результате успешного азербайджанского экспорта газа прошибает холодный пот — это уже другая тема. Нурани

«Турецкие страхи» российского истэблишмента

Рамзан Кадыров, глава Чечни и, как он сам себя называет, «пехотинец Путина», в очередной раз попал в новости. Рамзан Ахматович напустился на…президента Турции Реджепа Тайипа Эрдогана. Как поясняют в СМИ РФ, 10 декабря в городе Керфез на северо-западе Турции открыли парк имени Джохара Дудаева, первого президента Чечни, который и провозгласил ее независимость. Более того, выступавшие на открытии представители местных властей назвали Дудаева символом борьбы за свободу. Рамзану Кадырову это сильно не понравилось. И он в своем ТГ-канале обвинил турецкие власти в «укрывательстве террористов»: «Открыто обращаюсь к президенту Турции Реджепу Тайипу Эрдогану: определитесь! Либо вы получаете статус государства, публично поддерживающего террористов, либо выступаете за прозрачные и честные отношения с Российской Федерацией, не меняя своих убеждений за ее спиной», — цитируют РосСМИ Кадырова, который пригрозил, что Чечня оставляет за собой право на ответные действия, пока в Турции получают убежище «разыскиваемые бандиты и отморозки», которые «открыто устраивают сборища и мероприятия по переименованию парков именами террористов, причастных к гибели тысяч мирных граждан», и добавил, что в качестве логичного зеркального ответа на действия Турции чеченские власти могли бы увековечить в Грозном имя Абдуллы Оджалана. Здесь, конечно, надо бы напомнить господину Кадырову, что именно его «пехотинцев» задерживают во многих странах, включая Турцию, по обвинению в политических «заказных» убийствах, так что по поводу покровительства террористам ему лучше воздержаться от громких заявлений. Тем более на фоне обещания назвать в Грозном парк именем главаря террористической группировки РКК Абдуллы Оджалана. Можно, конечно, поиронизировать, что Кадыров, дескать, задал нелегкую задачку Кремлю. Где теперь надо и от его заявлений откреститься, и властям Турции недовольство высказать. Пресс-секретарь президента РФ Дмитрий Песков, отметив, что Москва довела до сведения Анкары свое неодобрение, заявил журналистам по поводу слов Кадырова: «Это весьма и весьма эмоциональная, но объяснимая реакция главы российского региона, который пережил несколько войн, <...> которые были спровоцированы, начаты террористами, которые пытались взять под контроль этот регион России». МИД РФ высказался куда жёстче. По словам Марии Захаровой, открытие парка имени лидера чеченских сепаратистов, президента самопровозглашенной Чеченской Республики Ичкерия Джохара Дудаева в Турции противоречит духу российско-турецких отношений и взаимовыгодного сотрудничества, и Москва надеется, что эти сигналы Анкара воспримет со всей серьезностью. По ее словам, попытки увековечить имя Джохара Дудаева «недопустимы и требуют, безусловно, самого решительного осуждения всем международным сообществом - мы должны быть здесь едины. Они напрямую противоречат духу российско-турецких отношений и в том числе взаимовыгодного сотрудничества". Только вот вряд ли слова Кадырова действительно представляли собой исключительно «эмоциональную реакцию». И не так уж важно, на чьей стороне был его покойный отец во времена Дудаева. Просто «пехотинец Путина» вряд ли позволил бы себе «наскакивать» на Эрдогана без соответствующей «отмашки» Кремля. Особенно с учетом «особых отношений» Москвы и Анкары. И вот тут уже, прежде всего, изрядную пищу для размышлений дают новости с украинского трека. СМИ накануне распространили сенсационную новость: Турция может принять участие в натовской операции на Донбассе, а возможно, что и возглавить ее. Во всяком случае, журналистам стало известно о разработке Западом варианта переброски специального военного соединения численностью 35-40 тысяч на базе Сил быстрого реагирования НАТО (NRF), а в качестве основы рассматривается Объединенная оперативная группа повышенной готовности (VJTF). Члены НАТО поочередно командуют VJTF, и в 2021 году командование находится у Турции. В эти утечки можно, конечно, верить или не верить. Но о том, что ради хороших отношений с РФ в Анкаре не станут жертвовать отношениями с Украиной, в Турции предупредили вполне официально. Выступая на заседании Академии международной безопасности в режиме видеоконференции, глава МИД Турции Мевлют Чавушоглу обрушил на Кремль впечатляющий «холодный душ»: «Конфликт Россия-Украина и Россия-НАТО достигли опасных масштабов. То, что у нас с Россией всеобъемлющие отношения, не означает, что мы будем игнорировать наши принципы и близкие отношения с Украиной". На фоне поставок Украине «Байрактаров», пристального внимания Турции к положению крымских татар и неоднократных заявлениях, что Анкара не признает аннексии Крыма, слова Чавушоглу получают понятное прочтение. С учетом той роли, которую играет Турция на Чёрном море и в таком вопросе, как пропуск в Чёрное море кораблей стран-членов НАТО, не имеющих туда собственного «выхода» — тем более. Но, возможно, не меньшую пищу для размышлений дает еще одна новость. По информации «Анадолу», в Хакасии при проведении съёмок задержаны редакторы турецкого издания GZT Назгюль Кенжетай и Эмин Карачак. Они, как уточняется, снимали документальный фильм о жизни тюркских общин в России. Журналистов задержали 16 декабря, вещи конфисковали, отснятые материалы уничтожили. Журналистов должны депортировать, но с 16 по 24 декабря они находились в Абаканском изоляторе временного содержания для иностранных граждан. По последним сообщениям, суд все же постановил выпустить их из-под стражи, и журналистам, скорее всего, будет позволено покинуть пределы РФ самостоятельно. Но сам факт их задержания именно сотрудниками центра «Э» по противодействию экстремизму, обвинения в шпионаже и распространении ислама (притом что хакасы — тюрки, но не мусульмане), и, наконец, утверждения, что турецкие журналисты «ведут антироссийскую пропаганду» и «пытаются показать, что тюркские народы живут в тяжелых условиях под российским руководством» — все это дает изрядную пищу для размышлений. Тем более что Кенжетай и Карачака уже задерживали на Алтае и в Якутске. Правда, тогда после выплаты штрафа отпустили, но вот в Хакасии дело приняло серьёзный оборот. А это уже повод вспомнить, как нервно в российском истэблишменте среагировали на ту самую карту Тюркского мира, которую глава МНР Девлет Бахчели подарил президенту Турции Реджепу Тайипу Эрдогану. Дмитрий Песков, который, напомним, знает турецкий язык, долго работал в Турции и, судя по всему, является неофициальным ответственным лицом за турецкое политическое направление, комментируя появление этой карты, напомним, заявил, что считает нормальным «пестование» Анкарой идей тюркского мира, а затем добавил: «Единственное, могу сожалеть, что на карте все-таки не стоит большая красная звезда в центре тюркского мира. Он не в Турции, он на территории Российской Федерации, на Алтае — в том священном месте для любого тюрка, откуда они и пошли родом. Это я как тюрколог говорю». Но, как показывает задержание турецких журналистов именно в Хакассии, та подаренная Эрдогану карта Москву изрядно напугала. Возможно, это еще не доказательство для суда, что задержание ректора Казанского университета Ильшата Гафурова — звено той же цепи, тем более что обвиняют Гафурова не в экстремизме, а в причастности к заказному убийству. Но в РФ, судя по всему, уже начинают осознавать реальный риск, скажем так, дезинтеграционных процессов. Во всяком случае, Путин, поздравляя около недели назад своих бывших коллег по спецслужбам с Днём чекиста, назвал экстремизм «главной угрозой единству России». До последнего времени самым «неспокойным» регионом здесь считался Северный Кавказ, но теперь, похоже, в фокусе внимания уже тюркоязычные регионы. Только вот дело в том, что репрессии — не самый надёжный способ удержать единство страны. Нурани