Azərbaycanlı aktrisa ikinci mərtəbədən yıxıldı – FOTOLAR
Aktrisa Ülfət Bəşirin başına çəkiliş zamanı iş gəlib.
Minval.İnfo-nun məlumatına görə, ikinci mərtəbədən tullanmaq istəyən aktrisa ayağını zədələyib. Ülfət bu haqda özü xəbər verib. Ayağının fotosunu paylaşan aktrisa bildirib ki, rol zamanı bütün təhlükəli hərəkətləri özü etməyə çalışıb:
“Dünən “Əfsanə qayıdır” filminin çəkiliş məkanında çox çətin bir səhnəm var idi: ikinci mərtəbədən yıxılmalı idim. Filmin rejissoru Emil Abdullayev həmin səhnə üçün dublyor gətirmişdi. Amma mən dublyoru istəmədim və özüm oynadım. Buda onun nəticəsi. Əsas odur ki, işimi sevə-sevə görürəm”.
Minval.İnfo



XƏBƏR LENTİ
2025/11/19 14:22


