Azərbaycanlı aparıcı Türkiyədə məşhur model ilə eyni səhnəni bölüşəcək
Bir müddət öncə Türkiyədə keçirilən “Yılın Altın Adamları” mükafatlandırma gecəsində “İlin uğurlu aparıcısı” mükafatıla layiq görülən teleaparıcı Lətafət Ələkbərova bu ay növbəti dəfə qardaş ölkəyə səfər edəcək.
L.ələkbərovanın bu dəfəki səfərinin məqsədi “Beynəlxalq Diplomatlar Birliyinin” təşkil etdiyi sənət nümayəndələri və iş adamarının qatılacağı tədbirdə iştirak etməkdir.
Lətafət Ələkbərova sözügedən tədbirdə türkiyəli məşhur model Şebnem Şefırla birlikdə aparıcılıq edəcək.
Gecədə Türkiyə şou-biznesində divası adlandırılan Bülent Ersoyun da iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, “Kral” Tv-də yayımlanacaq tədbiri qardaş ölkənin maqazin proqramları da işıqlandıracaq.
XƏBƏR LENTİ
2025/11/19 14:22


