Azərbaycanlı diaspor nümayəndəsinin qətli barədə ŞOK İDDİA

Dünən Türkiyədə azərbaycanlı iş adamı və  “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” ictimai təşkilatının Lvov regional bölümünün rəhbəri Məcid Nuxoyevin cəsədi tapılıb.

Minval.info xəbər verir ki, mərhum ermənilərə qarşı açıq fəaliyyəti ilə tanınıb. Belə ki, Nuxiyev 2016-cı ildə Ukraynanın Lvov şəhərində Kunq fu və Uşu üzrə Avropa çempionatı zamanı ermənilərlə azərbaycanlılar arasında baş verən davadan sonra gərginlik artan bir zamanda aktivliyi ilə seçilib.

O, hadisənin ardınca düşmən ölkənin vətəndaşları tərəfindən güllələnən soydaşlarımızı xəstəxanada ziyarət edib. Baş verənlərlə əlaqədar təşkilat üzvləri ilə birgə müvafiq dövlət orqanlarına müraciət ünvanlayıb.

Məcid bəy həyatda olarkən hadisə ilə bağlı açıqlamasında Lvovdakı erməni diasporunun rəhbəri Nikolay Koçaryanın üzr istəməsini ictimaiyyətə çatdırıb. O, Nikolayın “mən öz əclaflarımıza görə azərbaycanlılardan üzr istəyirəm” dediyini dilə gətirib.

Bundan əlavə, Nuxiyev təşkilat üzvləri ilə birgə düşmən ölkəyə qarşı bir sıra tədbirlər həyata keçiriblər, Ukrayna ictimaiyyətində ermənilərin işğalçı kimi tanınması üçün işlər görülüb.

Məcid bəy Milli Məclisin sabiq deputatı, bu yaxınlarda vəfat edən Astan Şahverdiyevin Rusiyada yaşayan həmvətənlərimiz haqqında “otxod” deməsinə də biganə qalmayıb. İş adamı və diaspor nümayəndəsi bununla bağlı sərt reaksiya verərək onu tənqid edib. Həmçinin bəzi parlament üzvlərinin və vəzifəli şəxslərin Ukraynaya əxlaqsızlıq arxasınca gəldiyini söyləyib.

İddia edilir ki, Məcid Nuxiyev fəaliyyətinə görə ermənilər tərəfindən qətlə yetirilib. Eyni zamanda qeyd edək ki, o, Antalyanın Finike bölgəsində portağal ticarəti ilə məşğul olur. Bu səbəbdən rəqiblərinin də Nuxiyevin ölüm hadisəsində əlinin olduğu istisna edilmir.

Faktla bağlı araşdırılma aparılır.

Qeyd edək ki, Antalyada 64 yaşında həlak olan həmyerlimiz yataq otağındakı dolabda elektrik naqiliylə boynundan asılı vəziyyətdə tapılıb. Məlumata görə, 5-6 gün bundan öncə qətlə yetirilib.

Minval.info

Kriminal

Nəşr edilib: 2018/06/27 15:19

Baxış: 1322


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06