Azərbaycanlı futbolçular “Traktor”un hədəfində – Dənizli açıqladı
Təbrizin “Traktor” klubu heyətinə iki azərbaycanlı futbolçu cəlb edə bilər.
Minval.info qol.az-a istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Mustafa Dənizli “TRT Spor”a açıqlamasında deyib.
“Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı Superliqada çıxış edən fubolçuların da onun maraq dairəsində olduğunu bildirib:
“Türkiyədən bir neçə oyunçu ilə maraqlanırıq. Eyni zamanda Azərbaycandan və İrandan iki futbolçu maraq dairəmizdədir. Onlarla danışıq aparmaq istəyirik”.
Qeyd edək ki, M.Dənizli iyunun 13-də Təbriz klubuna baş məşqçi təyin edilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

