Azərbaycanlı gənc Avropa ölkələrini piyada gəzəcək – Açıqlama

Bu günə qədər düynanın 30 ölkəsində 50-dən çox şəhərə səyahət edən jurnalist və dental marketing üzrə mütəxəssis Ağa Mehdi növbəti dəfə 10 Avropa ölkəsinə səfər planlaşdırır. Lakin bu dəfəkini digərlərindən fərqləndirən cəhət isə onun səyahəti piyada həyata keçirməsi niyyətidir.

Minval.info xəbər verir ki, bu barədə Ağa Mehdi özünün sosial media hesabında məlumat verib. Səyahət proqramına Estoniya-Latviya-Litva-Polşa-Almaniya-Hollandiya-Belçika-Fransa-İspaniya-Potuqaliya daxildir. Bu 4000 kilometr yolu piyada getmək deməkdir.

O düşünür ki, atacağı addımla Azərbaycana, azərbaycanlı adına da müsbət təsir edəcək:

“Nəsib olsa, hər hansı bir problem yaranmasa 2019-ci ilin Noyabr ayında məhz Estoniyanın Paytaxtı Tallin şəhərindən tək piyada yola düşüb, səfəri Lissabonda tamamlamağı nəzərdə tutmuşam. Simvolik Olaraq Tallinə-Helsinkidən gəlməyi planlaşdırıram. Əsas mesaj, hədəf dünyada baş verən iqlim dəyişikliklərinə, mənfi nəticələrinə dünya ictimaiyyətinin diqqətini çəkmədir və s. Əlbəttə, azərbaycanlı olmağım əməllərimin nəticədə – Azərbaycana, azərbaycanlı adına da müsbət təsir edəcəyini düşünürəm”.

Ağa Mehdi İslam peyğəmbətinin nəvəsi Hz. Hüseyndən sitat gətirərək bildirib ki, onun yeganə istəyi müsbət dəyərləri yaymaq, mənfilərin qarşısını almaqdır:

“Bəli, çox çətin, uzun və bir az da təhlükəli prosesdir. Eyni zamanda mən şüurlu şəkildə cəhdimi edəcəm, nəticələrin isə faydalı olacağına tam inanıram, Allahın köməyi ilə… Mənim yeganə istəyim müsbət dəyərləri yaymaq, mənfilərin qarşısını almaqdır”,- deyə o bildirib.

Ağa Mehdi 2018-ci ildə Bremen Universitetində Marketinq və Sosial Media üzrə 1 aylıq proqram, bu il isə Helsinki Unversitetində Digital Storytelling media və yeni texnologiyaları isə 3 həftəlik proqram bitirib. Ekologiyanın qorunması üzrə müxtəlif tədbirlərdə aktiv iştirak edib.

Xatırladaq ki, sözügedən gənc daha öncə Fransada terror hadisəsi baş verdikdən sonra müsəlmanların terrorçu kimi qələmə verildiyi dönəmdə Bakıda qarlı havada xristian kilsəsinə doğru gedən yolu təmizləməklə gündəmə gəldi. Onun bu addımı ictimaiyyət tərəfindən müsbət qarşılandı. Yerli telekanallardan birinin diqqətini çəkən A.Mehdi bununla bağlı müahibə də verdi.

S.Mirzə

Ölkə, Vacib

Nəşr edilib: 2019/09/02 16:04

Baxış: 302


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06